Latviya Rusiya maşınlarının hərəkətini qadağan edirbackend

Latviya Rusiya maşınlarının hərəkətini qadağan edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviya Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkə ərazisində hərəkətini qadağan edir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Latviya Seymi yol hərəkəti haqqında qanuna düzəlişlər qəbul edib, ona əsasən, Rusiya dövlət nömrə nişanlı avtomobillərin sahiblərinə nəqliyyat vasitəsini qeydiyyata almaq və ya ölkəni tərk etmək üçün 2024-cü il fevral ayının 14-nə qədər vaxt verilir.

Məlumdur ki, əgər bu müddət bitdikdən sonra yenə də Rusiya avtomobilindən istifadə edərlərsə, sahibləri həmin nəqliyyat vasitələrini müsadirə edərək Ukraynaya təhvil verəcəklər.

İstisna yalnız tranzitdə olan nəqliyyat vasitələrinə şamil ediləcək – lakin tranzitə bir dəfə icazə veriləcək və bu 24 saat ərzində həyata keçirilməlidir.

Yenidən işlənmiş qanun noyabrın 15-dən qüvvəyə minəcək.