Lisey ətrafında qadağan edilən etiraz aksiyası Makron ziyarət edəcəkbackend

Lisey ətrafında qadağan edilən etiraz aksiyası Makron ziyarət edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Atlantik okeanı sahilində yerləşən Şarent-Maritime şəhərində prezident Emmanuel Makronun ziyarət edəcəyi orta məktəb ətrafında etiraz aksiyalarına icazə verilməyəcəyi bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Region qubernatoru Nikolas Basselyenin imzaladığı bəyanatda Bernard Palissy Liseyinin yerləşdiyi Saintes rayonunda saat 07:30-dan 18:00-a qədər bütün nümayiş və toplantıların qadağan edildiyi qeyd olunub.

Açıqlamada qadağaya əməl etməyənlərin 7500 avroya qədər cərimə oluna biləcəyi vurğulanıb.

Makron bu gün orta məktəbə səfəri zamanı təhsil naziri Pap Ndiaye və əmək naziri Olivier Dussopt ilə peşə təhsili islahatını təqdim edəcək.

İslahatın əsas məsələlərinə məktəbi tərk edənlərin qarşısının alınması, peşəkar inteqrasiyanın yaxşılaşdırılması və müəllimlərin iş şəraitinin yaxşılaşdırılması daxildir.

Qərara baxmayaraq, həmkarlar ittifaqları öz üzvlərini də saat 09:00-da lisey qarşısında keçiriləcək etiraz aksiyasına çağırıblar.

Fransa hökuməti pensiya yaşını yanvar ayından 2 il artıran və aprel ayında qanuna çevrilən “pensiya islahatı”nı gündəmə gətirəndən bəri ölkə daxilində Makron və onun administrasiyasına qarşı etirazlar keçirilir.

Qeyd edək ki, Fransada martın 16-da hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermə olmadan qəbul etməsindən sonra kütləvi nümayişlər başlayıb.

Polisin etirazçılarla sərt davranması nəticəsində ölkənin bir çox yerində zorakılıq baş verib.

Martın 16-dan bəri ölkə boyu keçirilən etiraz aksiyalarında 1000-dən çox adam saxlanılıb.

İslahatın konstitusiyaya uyğun olub-olmadığını müəyyən etmək üçün müxalifət və iqtidarın müraciət etdiyi Konstitusiya Şurası qanun layihəsinin pensiya yaşını 64-ə qaldıran maddəsini təsdiqləyib, 6 maddəni isə tam və ya qismən rədd edib.

Qanun layihəsini Fransa prezidenti Emmanuel Makron imzalayıb və rəsmi qəzetdə dərc olunub.