Livanda GƏRGİNLİK: Hizbullah Fransaya ÇAĞIRIŞ ETDİbackend

Livanda GƏRGİNLİK: Hizbullah Fransaya ÇAĞIRIŞ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hizbullah Fransanı İsrail hücumlarının dayandırılmasına təsir göstərməyə çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb. Hizbullahın beynəlxalq əlaqələr üzrə rəsmisi əl-Musəvi Fransanın Yaxın Şərq üzrə siyasi məsləhətçisi Lejandrla görüşüb.

Görüşdə Cənubi Livandakı vəziyyət müzakirə olunub. Əl-Musəvi Fransanı İsrailin Livana qarşı hücumlarının dayandırılması üçün “öz rolunu oynamağa” çağırıb.

O xatırladıb ki, Paris İsraillə Livan arasındakı atəşkəs sazişinin “sponsorlarından” biridir.

Rəsmi həmçinin bildirib ki, Hizbullah parlament seçkilərinin müəyyən olunmuş vaxtda keçirilməsinə sadiqdir və bu mövqeyi Livan hakimiyyəti də bölüşür.

Lejandr öz növbəsində İsrailin “pozuntularını” pisləyib və Fransanın bütün tərəfləri mövcud razılaşmaya riayət etməyə çağırdığını təsdiqləyib.

Xuraman Etibarlı

İnterpress.az