Livanın cənubunda evlərini tərk edənlərin sayı 29 minə çatıbbackend

Livanın cənubunda evlərini tərk edənlərin sayı 29 minə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalar səbəbindən evlərini tərk edən livanlıların sayının 29 minə çatdığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Livanın cənubunda İsrail sərhədində davam edən qarşıdurmalara görə evlərini tərk edərək təhlükəsiz bölgələrə köçən insanların sayını yeniləyən bir bəyanat yayıb.

Açıqlamada, sərhəd bölgələrində evlərini tərk edən livanlıların ümumi sayının 28 min 965 nəfərə çatdığı, ailələrin əksəriyyətinin qohumlarının yanına təhlükəsiz ərazilərə və ya yaşadıqları evlərə köçdükləri qeyd edilib.

BMqT oktyabrın 23-də verdiyi bəyanatda evlərindən didərgin düşmüş livanlıların sayının təxminən 19 min nəfər olduğunu bildirib.

İsrail ordusu ilə Hizbullah arasında oktyabrın 8-dən bu yana sərhəddə baş verən qarşıdurmalarda indiyədək 46 Hizbullah üzvü və 3 İsrail əsgəri həyatını itirib.

Bundan əlavə, Livanda bir jurnalist də daxil olmaqla 4 mülki şəxs, İsraildə isə bir mülki şəxs həlak olub.