“Liverpul” “Lester”in ən məhsuldar futbolçusu ilə maraqlanırbackend

“Liverpul” “Lester”in ən məhsuldar futbolçusu ilə maraqlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Liverpul” “Lester”in yarımmüdafiəçisi Ceyms Meddisonla maraqlanır.

Bu barədə “Football Insider” məlumat yayıb.

Bildirilib ki, “Lester” futbolçu ilə yeni müqavilə ilə bağlı danışıqlarda irəliləyiş əldə etməyib. Müqavilənin müddəti 2024-cü ildə başa çatır. “Qırmızılar” vəziyyəti diqqətlə izləyirlər.

Klubun oyunçunu saxlamaqda maraqlı olduğu, lakin yayda onu 68-79 milyon avroya satmağa hazır olduğu qeyd olunub. “Tottenhem” və “Nyukasl” artıq Meddisonu yay transfer pəncərəsi üçün əsas hədəfə çevirib. “Mançester Siti” də mübarizəyə qoşula bilər.

Xatırladaq ki, Meddison “tülkülər”in heyətinə 2018-ci ildə “Norviç”dən keçib. İngiltərə Premyer Liqasının cari mövsümündə futbolçu komandanın heyətində 18 matçda iştirak edib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçu hazırda “mavilər”in bombardiridir. “Lester” Premyer Liqanın turnir cədvəlində 24 xala malikdir və 15-ci pillədə qərarlaşıb. Komanda son oyunda çempionatın autsayderi “Sauthempton”a məğlub olub – 1:0.