Liviyada daşqınlar nəticəsində yetim qalan uşaqlar dövlət himayəsinə götürüləcəkbackend

Liviyada daşqınlar nəticəsində yetim qalan uşaqlar dövlət himayəsinə götürüləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Liviyanın şərqində Nümayəndələr Palatasının təyin etdiyi hökumət sentyabrın 10-da daşqın nəticəsində ailələrini itirmiş uşaqları dövlət himayəsi altına almağa qərar verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Şərqdə “hökumətin baş naziri” olan Usamə Hammadın qəbul etdiyi qərar hökumətin rəsmi Facebook səhifəsində dərc olunub.

Qərarın birinci maddəsinə əsasən, Derne və ətraf şəhərləri vuran “Daniel” fırtınasında ailələrini itirmiş bütün liviyalı uşaqlara “dövlət himayəsində” statusu veriləcək. İkinci maddəyə görə, dövlət qərar çərçivəsində hər bir uşağa sosial və psixoloji dəstək verəcək.

Bu çərçivədə uşaqlara aylıq yardım göstəriləcək, onların yerləşdirilməsi üçün uyğun yerlər ayrılacaq, təhsil və müalicə xərcləri qarşılanacaq.

Üçüncü maddəyə görə, kimsəsiz uşaqların müəyyən edilməsi üçün yaradılacaq ekspert komissiyası ən geci bir ay ərzində öz işini başa çatdıracaq.