London və Ərbil təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini MÜZAKİRƏ ETDİbackend

London və Ərbil təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini MÜZAKİRƏ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

London və Ərbil təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib.

İnterpress.az xəbər verir ki, İraq Kürdüstanının Baş naziri Məsrur Bərzani Britaniya Krallığının Yaxın Şərq və Şimali Afrika üzrə baş müdafiə müşaviri, vitse-admiral Olqrenin başçılıq etdiyi hərbi nümayəndə heyətini qəbul edib.

Tərəflər İraq və Suriya da daxil olmaqla qonşu bölgələrdə mövcud təhlükəsizlik vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

İraq Kürdüstanı ilə Britaniya arasında hərbi və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Xuraman Etibarlı

İnterpress.az