Londonda elektrik velosipedi partlayıbbackend

Londonda elektrik velosipedi partlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya yanğınsöndürmə briqadası əhaliyə elektrik velosipedlərini evlərdə saxlamamaq barədə xəbərdarlıq edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yanğınsöndürmə xidməti velosipedin litium batareyasının necə partladığını göstərən təhlükəsizlik kamerası görüntülərini paylaşıb.

İngiltərənin paytaxtı Londonda elektriklə işləyən velosiped partlayıb.

Son vaxtlar litium-batareyalı elektrik skuterləri və elektrikli velosipedlərin adi haldan daha çox partladığını bildirib və bu avtomobillərin evlərdə və ya qapalı yerlərdə saxlanılmaması barədə xəbərdarlıq edib.

Səlahiyyətlilər xəbərdarlıq edib ki, litium batareyaları sürətlə tez alışan və zəhərli olan ağ və boz tüstüləri havaya buraxır.

Birdən partlayan elektrikli velosipeddən qaçmağın çox çətin olduğunu bildirən yanğınsöndürənlər bu vasitələrin saniyələr içində alov topuna çevrildiyini vurğulayıblar.

Bildirilib ki, bu il İngiltərənin paytaxtı Londonda 52 elektrikli velosiped və 12 elektrik skuter partlayıb və yanğın baş verib.