Londonda minlərlə insan iqlim dəyişikliyinə diqqət yetirmək üçün küçələrə axışıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Londonda minlərlə insan iqlim dəyişikliyi və ətraf mühitlə bağlı məlumatlılığı artırmaq üçün Britaniya parlamentinin qarşısında və onun ətrafındakı küçələrdə nümayiş keçirib.
Extinction Rebellion (XR) adlı təşkilatın çağırışı ilə səhər saatlarından etibarən minlərlə insan İngiltərə parlamentinin qarşısına toplaşmağa başlayıb.
Təşkilatın saytındakı sayğacın məlumatına görə, aksiyada 30 mindən çox adam iştirak edib, onlarla ətraf mühit təşkilatı stendlər quraraq aksiyaya dəstək verib.
Parlament qarşısında Abingdon küçəsi, Millbank küçəsi və Böyük Peter küçəsini bağlayan nümayişçilər “Dünyanı xilas etmək üçün hələ gec deyil”, “B planeti yoxdur”, “İqlim tədbirləri olmadan hamımız itiririk” və “Saxla” kimi şüarlar səsləndiriblər.






