Putin və Tramp Minskdə görüşə bilər – sonra Zelenski də dəvət olunar.
Interpress.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-ın “Time” jurnalına verdiyi müsahibədə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında Minskdə görüş təşkil etməyi təklif edib.
Lukaşenkonun sözlərinə görə, əgər tərəflər razılığa gəlsələr, ertəsi gün Ukrayna Prezidenti Volodimir Zelenski, eləcə də “Lukaşenko, Petrov və Sidorov” kimi adları çəkilən digər iştirakçılar da görüşə dəvət oluna bilər.
“Bu format olduqca layiqli və ciddi görünər,” – Belarus lideri bildirib.
O əlavə edib ki, Vladimir Putin Minskdə keçiriləcək belə bir görüşə məmnuniyyətlə qatılar, Donald Tramp da belə təşəbbüsdən razı qalardı.
Xuraman Etibarlı
Interpress.az