Macarıstan Ukrayna ilə bağlı bəyanata QOŞULMADIbackend

Macarıstan Ukrayna ilə bağlı bəyanata QOŞULMADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan Ukrayna ilə bağlı Aİ liderlərinin bəyanatına qoşulmayıb.

İnterpress.az xəbər verir ki, Macarıstan Ukrayna məsələsinə dair Avropa İttifaqı liderlərinin birgə bəyanatını imzalamaqdan imtina edib.

Sənədi Aİ-yə üzv 26 ölkənin lideri imzalayıb.

Bəyanatda Trampın “Rusiya Federasiyasının Ukraynaya qarşı aqressiv müharibəsini dayandırmaq və Ukrayna üçün ədalətli, davamlı sülh və təhlükəsizlik təmin etmək” istiqamətindəki səylərinə dəstək ifadə olunub.

Eyni zamanda vurğulanır ki, “Ukraynada sülhə gedən yol onun iştirakı olmadan müəyyən edilə bilməz” və “Ukraynanın effektiv müdafiə qabiliyyəti gələcək təhlükəsizlik təminatlarının ayrılmaz hissəsidir”.

Xuraman Etibarlı

İnterpress.az