Madaqaskarda qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 22 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, Fransanın ucqar ölkəsi Mayotte adasına gedən qeyri-qanuni mühacirləri daşıyan qayıq ölkənin şimalındakı Nosy Faly adasının yaxınlığında batıb.
Hadisə zamanı 22 nəfər həyatını itirib, 23 nəfər isə xilas edilib.
Qayıqda 47 nəfər olduğu halda, itkin düşən 2 nəfərin axtarışları davam edir.