Venesuela Prezidenti Nikolas Maduro Latın Amerikaya səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qəbulda iki ölkənin nümayəndə heyətlərinin iştirak edib.
Rusiya ilə Venesuela arasında əməkdaşlıq məsələləri, eləcə də Rusiyanın Latın Amerikası və Karib hövzəsində varlığı müzakirə edilib.
Lavrov Venesuelaya səfərinin əvvəlində həmkarı İvan Gil və Venesuelanın vitse-prezidenti Delsi Rodriqeslə görüşüb.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Lavrovun 17-21 aprel tarixlərində Braziliya, Venesuela, Nikaraqua və Kubaya rəsmi səfər edəcəyi açıqlanıb.
Lavrov Latın Amerikası turnesi çərçivəsində dünən Braziliyaya ilk səfərini edib.