Rusiyada mağazalardan oğurluq edən qaraçı qadınlar yeni hiyləyə əl atıb.
Interpress.az xəbər verir ki, Rusiyada qaraçı qadınlardan ibarət dəstənin mağazalardan oğurluq etmək üçün xüsusi üsuldan istifadə etdiyi bildirilir.
Məlumata görə, onlar əvvəlcə mühafizəçiləri əsasən Qafqazdan olan ticarət obyektlərini müəyyən edir, daha sonra diqqəti yayındırmaq məqsədilə hicab geyinirlər.
Bu üsulla onlar mağazalardakı nəzarəti azaldaraq oğurluq əməliyyatlarını həyata keçirirlər.
Hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının araşdırmaları davam edir.
Xuraman Etibarlı
Interpress.az