Makron Çinin Baş naziri ilə görüşübbackend

Makron Çinin Baş naziri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Makron Çinə rəsmi səfəri çərçivəsində bu ölkənin baş naziri Li Çanqla görüşüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ukraynada və dünyada baş verən böyük münaqişələr və çətin vəziyyətlər barədə Baş nazir Li ilə danışmaq istədiyini deyən Makron, ortaq həlli paylaşma və ortaq yol qurma qabiliyyətinin çox vacib olduğuna diqqət çəkib.

Fransanın 2025-ci ildə okeanların mühafizəsi ilə bağlı qlobal konfrans təşkil edəcəyini qeyd edən Makron, Çinin də bu təşəbbüslərin bir parçası olması lazım olduğunu bildirib.

Baş nazir Li deyib ki, çox güman ki, prezident Xi Jinping və Macron arasında geniş konsensus əldə olunacaq.

“Görüş Çin, Fransa və Avropanın dünya sülhünü və sabitliyini qorumaq üçün birgə səylərinə müsbət siqnallar verəcək”, – Li deyib.

Prezident Makron dünən Pekində çinli həmkarı Xi ilə görüşündə Ukraynada sülhə nail olmaq üçün ümumi yol qurmaq istədiyini bildirib.

Fransa prezidenti Makron 3 günlük rəsmi səfər çərçivəsində dünən Pekinə gedib.