Fransa prezidenti Emmanuel Makron Çin səfirinin keçmiş sovet ölkələrinin statusu ilə bağlı şərhinə reaksiya verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Şimal Dənizi Zirvəsi üçün Belçikada olan Makron Fransanın BFMTV kanalına Çin səfiri Lu Şeyi tənqid edərək deyib: “Məncə, diplomatın belə dildən istifadə etməsi yaraşmaz”.
Makron Çin səfirinin sözlərini səsləndirən ölkələrlə həmrəy olduğunu vurğulayıb.
Çin səfiri Fransanın TF1 televiziyasına müsahibəsində deyib: “Hətta keçmiş sovet respublikalarının beynəlxalq hüquqda statusu yoxdur. Onların beynəlxalq hüquqda effektiv statusu yoxdur, çünki onların suveren ölkə statusu konkretləşdirilməmişdir”.
Avropa İttifaqı və bəzi ölkələr Çin səfirinin sözlərini sərt şəkildə tənqid ediblər.