Malatyada 4,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir.
Belə ki, yeraltı təkan Malatyanın Battalgazi rayonunda qeydə alınıb.
Türkiyəni dərindən sarsıdan iki böyük zəlzələdən sonra afterşoklar davam edir.
Zəlzələ yerin 7 kilometr dərinliyində baş verib.