Malatyada ardıcıl zəlzələlər olubbackend

Malatyada ardıcıl zəlzələlər olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Malatya şəhərində ardıcıl olaraq 3,5 və 3,8 bal gücündə zəlzələlər baş verib.

Bu barədə İnterpress.az yerli mətbuata istinadən xəbər verir.

Bildirilib ki, səhər saat 5.50 radələrində Malatyanın Battalqazi rayonunda 3,5 bal gücündə zəlzələ baş verib.

Zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb.

İkinci zəlzələ səhər saat 6.27-də Doğanşehir rayonunda 3.8 bal gücündə baş verib. Zəlzələ yerin 12 kilometr dərinliyində baş verib.