Malinin cənub və daxili bölgələrində törədilən terror aktlarında 7 nəfər həyatını itirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, naməlum silahlı şəxslər Burkina Faso sərhədinə yaxın Sikasso bölgəsindəki Heremakono sərhəd məntəqəsinə hücum ediblər.
Hadisədə qanalı sürücü və polis məmuru həyatını itirib, 3 nəfər yaralanıb.
Naməlum şəxslər ölkənin daxili hissəsində yerləşən Mopti bölgəsinin Bankass rayonunun Djan-Oikoro kəndinə də hücum ediblər. Bu hücum nəticəsində 5 nəfər həlak olub.
Sahel bölgəsində “3 ölkə sərhədi” kimi tanınan Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl-Qaidə və DEAŞ-a bağlı qrupların hücumlarına məruz qalır.
2013-cü ildən bəri Malidə yerləşən xarici hərbi missiyalara baxmayaraq, ölkədəki terror təşkilatları hücumlarını davam etdirir.