Türkiyədə Mardinin Kızıltəpə rayonunda dərəyə düşən 11 yaşlı uşağın tapılması üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb.
İnterpress.az xəbər verir ki, Qızıltəpə rayonunun Çatalca kəndində yaşayan 11 yaşlı Fatma Sezer məhəllədən keçən Cırcıp çayına düşüb.
Yağan leysan səbəbiylə dərəyə sürüklənən Sezer yoxa çıxıb.
Axtarış-xilasetmə işinə başlanılıb.
Axtarış-xilasetmə əməliyyatı davam edir.