Mask Olimpiadanın açılış mərasimini xristianlara qarşı hörmətsizlik adlandırıbbackend

Mask Olimpiadanın açılış mərasimini xristianlara qarşı hörmətsizlik adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milyarder İlon Mask Paris Olimpiadasının açılış mərasiminin xristianlara qarşı hörmətsizlik olduğunu bildirib.

İnterpress.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində mərasim iştirakçılarının Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” əsərinə parodiya etdikləri videoya münasibət bildirərkən yazıb.

“Bu, xristianlara qarşı son dərəcə hörmətsizlik idi”, – o bildirib.

Ümumiyyətlə, Parisdəki Olimpiya Oyunların açılış mərasimi bir neçə kazus vəziyyətlə yadda qalıb; Eyfel qülləsinin yaxınlığındakı Olimpiya bayrağı bayraq dirəyinə tərsinə asılıb, stadionun diktorları KXDR nümayəndələrini Cənubi Koreyadan olan idmançılar kimi elan ediblər. Tamaşaçılar olduqları yerlərdən keçidin baş tutacağı yeri yaxşı görə bilmədiklərinə görə hələ mərasim başlamamış tribunaları tərk etməyə başlayıblar. Qalanlar isə mərasimi üstü açıq tribunada leysan yağış altında seyr etməli olublar.