Məhkəmə Ekvadorun keçmiş vitse-prezidentinin həbsxanadan çıxmasına icazə veribbackend

Məhkəmə Ekvadorun keçmiş vitse-prezidentinin həbsxanadan çıxmasına icazə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekvador məhkəməsi keçmiş vitse-prezident Xorxe Qlasa korrupsiya ittihamı ilə cəza çəkdiyi həbsxananı tərk etməyə icazə verib.

Hakim keçmiş məmurun hüquqlarının iki işə baxıldıqdan sonra ona təyin edilmiş 6 və 8 illik həbs müddətlərinin birləşdirilməsi ilə bağlı müraciətinə ittiham tərəfinin hələ də baxmadığına görə pozulduğu qənaətinə gəlib.

Bundan başqa, Qlas daha uzun həbs müddəti ilə məhdudlaşdırılmasını istəyib ki, bu da onun sonradan şərti azadlığa buraxılmasına şərait yaradacaq.

Kotopaxi həbsxanasından çıxandan sonra 2017-ci ilin sonundan həbsdə olan keçmiş siyasətçi hər həftə Quayakil həbsxanasına hesabat verməli olacaq, ona ölkəni tərk etmək qadağan edilib.