Meksikanın Tixuana şəhərində dağın yamacında 3 mərtəbəli bina uçub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
2 həftə əvvəl davam edən güclü yağışlar səbəbindən bölgədə baş verən sürüşmənin ardından binanın təhlükəsizlik məqsədi ilə boşaldıldığı bildirilib.
Meksikanın Tixuana şəhərində 2 həftə əvvəl yağan leysan yağışlar səbəbindən təhlükəsizlik məqsədi ilə boşaldılan 3 mərtəbəli bina aşıb.
Binanın uçduğu anlar ətrafdakı vətəndaşlar və təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.
Vətəndaşlar tikinti şirkətlərini və nəzarətçiləri günahlandıraraq səlahiyyətlilərdən kömək istəyiblər.
Tijuana şəhərinin yerli rəsmiləri hadisənin geniş şəkildə araşdırıldığını bildiriblər.