Meksikada arıların insanlara hücumu nəticəsində 1 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hadisədən sonra şəhərdə fövqəladə vəziyyət elan edilib.
Meksikanın Tabasko ştatının Teapa şəhərində arı sürüsü insanlara hücum edib. İbtidai məktəbin də daxil olduğu bölgədə baş verən hadisədən sonra Çaypa şəhərində fövqəladə vəziyyət elan edilib.
Məktəbdə olan şagird və müəllimlər polis və mülki müdafiə qrupları tərəfindən təxliyə edilib.
Arı sürüsünün bölgədən çıxarılması və yaralıların xəstəxanaya göndərilməsi üçün bölgədə genişmiqyaslı işlərə başlanılıb.
Komandalar arıları ərazidən uzaqlaşdırmaq üçün pestisidlərdən istifadə ediblər.
Üç qoca birdən çox arı sancması şikayəti ilə xəstəxanaya müraciət edib.
Xəsarət alanlar arasında bir qadın aparıldığı xəstəxanada dünyasını dəyişib.