Meksikada çörək sobasında partlayış: 6 yaralı varbackend

Meksikada çörək sobasında partlayış: 6 yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada çörək sobasında baş verən partlayış nəticəsində 6 nəfər xəsarət alıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Meksikanın Toluka şəhərində yerli vaxtla saat 08:30 radələrində çörək sobasında şiddətli partlayış baş verib.

Sobanın divarını dağıdan partlayışda biri körpə olmaqla ümumilikdə 6 nəfər yaralanıb.

Partlayışın şiddəti ilə sobanın ətrafındakı tikililərə və park edilmiş avtomobillərə maddi ziyan dəyib.

İlk təsbitlərə görə, partlayışın mətbəx borusu tərəfindən törədildiyi vurğulanır.