Meksikada itkin düşən ABŞ vətəndaşının meyiti məzarda tapılıbbackend

Meksikada itkin düşən ABŞ vətəndaşının meyiti məzarda tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 11-dən itkin düşən amerikalı Uilmer Trivetin meyiti tapılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Prokurorlar fevralın 23-də yanmış karvanı ilə bölgədə düşərgə saldığı aşkarlanan Trivetin bir müddət əvvəl iki nəfərlə yol qəzası keçirdiyini açıqlayıb.

Dövlət ittihamçısı Daniel de la Rosa, qətlin bu yol qəzası ilə bağlı mübahisə zəminində olduğunu düşündüklərini və iki şübhəlinin nəzarətə alındığını söyləyib.

De la Rosa, Trivettin zərər və ya yaralanmalara görə təqribən 2500 dollar ödədiyi bu şəxslərin bu məbləği kafi görmədiyini və qətli törətdiklərindən şübhələndiklərini bildirib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.