Meksikanı fırtına öz ağuşuna alıb: maşınlar suda qalıbbackend

Meksikanı fırtına öz ağuşuna alıb: maşınlar suda qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın cənubundakı Oaxaka ştatında fəsadlar törədən tufan nəticəsində daşqınlar baş verib.

Bu barədə İnterpress.az xarici mətbuata istinadən xəbər verir.

Şəhərlərdə daşqınlar nəticəsində nəqliyyat vasitələri suya qərq olub.

İldırım vurması nəticəsində palma ağacı yanıb. Fırtına nəticəsində şəhərdə 32 ağac aşıb, bir çox avtomobilə maddi ziyan dəyib.

Aurelio Valdivieso dövlət xəstəxanasının elektrik transformatoru fırtına səbəbindən sıradan çıxsa da, xəstəxananın təcili yardım otağını su basıb.

Fırtına əyalətin digər şəhərlərinə də təsir edib. Xoxocotlan şəhərinin elektrik enerjisinin fəlakətli kəsilməsi nəticəsində sağlamlıq mərkəzi su altında qalıb.

Səlahiyyətlilər fırtınada can itkisinin olmadığını izah edərkən, mülki müdafiə qruplarının və bələdiyyə personalının zərərçəkənlərə dəstək olmaq və ətraf mühitə dəyən ziyanı aradan qaldırmaq üçün çalışdığı bildirilib.