Meksikanın təhlükəsizlik qüvvələri ABŞ-a qanunsuz keçmək istəyən yüzlərlə şəxsi saxlayıbbackend

Meksikanın təhlükəsizlik qüvvələri ABŞ-a qanunsuz keçmək istəyən yüzlərlə şəxsi saxlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın təhlükəsizlik qüvvələri ABŞ-a qanunsuz keçmək istəyən yüzlərlə şəxsi saxlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Əksəriyyəti Venesuelalı olan yüzlərlə insan, Meksikanın Matamoros şəhərindən qayıqlar vasitəsilə iki ölkəni ayıran Rio Qrande çayını keçməyə çalışıb.

Ölkələrindəki zorakılıqdan, yoxsulluqdan və siyasi qeyri-sabitlikdən qaçdıqlarını əsas gətirən mühacirlər ABŞ-a keçmək üçün sərhəddə gözləməkdə davam edirlər.

2022-ci ildə ABŞ sərhədini qeyri-qanuni keçməyə cəhd edərkən tutulan immiqrantların sayının 2,76 milyon nəfər olduğu qeyd edilib.

Ölkədə 8,76 milyon sənədsiz immiqrantın yaşadığı düşünülür.