Meksikanın Kankun kurort şəhərindəki çimərlik yaxınlığında 4 cəsəd tapılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ölənlərin milliyyəti və kimliyi barədə məlumat verilməyib.
Belə ki, cəsədlərdən üçü Kukulkan bulvarında Kankunun sahil otellərindən birinin yaxınlığındakı tarlada tapılıb.
Daha sonra eyni ərazidəki kolluqlarda dördüncü cəsəd də aşkarlanıb
Hadisə ilə bağlı iki şübhəlinin saxlanıldığı bildirilib.