Məktəbdə təlim qumbarasının partlaması nəticəsində 4 müəllim YARALANDIbackend

Məktəbdə təlim qumbarasının partlaması nəticəsində 4 müəllim YARALANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva ətrafındakı məktəbdə təlim zamanı qumbara partlayıb: dörd müəllim xəsarət alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskva vilayətinin Şyolkovo şəhərindəki 21 nömrəli məktəbdə təlim işıq-səs qumbarasının partlaması nəticəsində dörd müəllim xəsarət alıb.

Müəllimlər kəllə-beyin travması (kontuziya), üz və ətrafların deşilmiş yaraları ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisə Serkovo kəndində yerləşən təhsil müəssisəsində antiterror mühafizəsi üzrə keçirilən təlim zamanı baş verib.

İlkin məlumata görə, Rosqvardiya əməkdaşının atdığı qumbara müəllimlər otağının pəncərəsinə dəyib.

Qumbara müəllimlərin əyləşdiyi masanın üzərində partlayıb.

Xuraman Etibarlı

İnterpress.az