Məktəbli şagird və müəllimlərə çəkiclə HÜCUM ETDİ – Üç nəfər YARALANDIbackend

Məktəbli şagird və müəllimlərə çəkiclə HÜCUM ETDİ – Üç nəfər YARALANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çelyabinsk məktəbində şagird çəkiclə sinif yoldaşlarına hücum edib. Üç şagird yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Hadisə bu gün, sentyabrın 16-da səhər saatlarında baş verib. Məlumata görə, xəsarət alan məktəbli qızlardan biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Çəkic və bıçaqla silahlanmış 13 yaşlı yeniyetmə sinif yoldaşlarına hücum edib. Qızlardan biri ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Bundan əlavə, daha 2 yaralı da var.

Bu fövqəladə vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarından hələlik rəsmi şərh yoxdur.

Xuraman Etibarlı

İnterpress.az