Məşhur bloqerin energetik içkilərində şiş yaradan zəhərli boya AŞKARLANDI – FOTObackend

Məşhur bloqerin energetik içkilərində şiş yaradan zəhərli boya AŞKARLANDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bloqer Mixail Litvinin energetik içkilərində şiş yaradan zəhərli boya tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, şiş yaradan E110 boyası bloqer Mixail Litvinin “Lit Energy” energetik məhsullarında tapılıb.

Ümumilikdə Roskaçestvo 20 enerji içkisini yoxlayıb. Və bloqerin kokteylində qeyd olunmamış “sarı gün batımı FCF E110” aşkarlanıb. Bu boya limfoma, şiş, beyin zədələnməsi, allergiya, qusmaya səbəb ola bilər və bu da uşaqların diqqətinə və konsentrasiyasına mənfi təsir göstərir.

“Bombbar” da pozuntular aşkar edilib. Enerji içkilərinin tərkibində DNT-ni zədələyən və qaraciyər sirrozuna və ya Parkinson xəstəliyinə səbəb ola bilən natrium benzoat var.

Xuraman Etibarlı

İnterpress.az