Məşhur idmançı dağ uçması nəticəsində HƏLAK OLDUbackend

Məşhur idmançı dağ uçması nəticəsində HƏLAK OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biatlonçu Laura Dahlmeier Pakistan dağlarında daş uçması nəticəsində dünyasını dəyişib.

İnterpress.az xəbər verir ki, bu barədə DPA məlumat yayıb. İkiqat Olimpiya çempionu Laura Dahlmeier Pakistan dağlarında ölü tapılıb. Keçmiş biatlonçunun 31 yaşı var idi.

Laura Dahlmeier iyulun 28-də Pakistan dağlarında qaya uçqunu altında qalıb. Lakin hava şəraitinə görə xilasetmə xidməti hadisə yerinə yalnız iyulun 29-da gələ bilib.

Mütəxəssislər ərazini gəzdikdən sonra ikiqat olimpiya çempionunu ölü tapıblar.

Xuraman Etibarlı

İnterpress.az