Rusiyalı məşhur müğənni məhkəməyə çağırılıb.
İnterpress.az xəbər verir ki, müğənni Nataşa Koroleva bəstəkar-müğənni İqor Talkovun qətli ilə bağlı iş üzrə şahid qismində dindirilir. O, hadisənin baş verdiyi konsertdə çıxış edirdi.
Sankt-Peterburqda Talkovun konsert direktoru Valeri Şlyafmana qarşı işə baxılır.
Əvvəllər istintaq müəyyən edib ki, 1991-ci ildə “Yubileynıy” İdman Sarayının pərdə arxasında Şlyafman ilə sənətçilərdən birinin nümayəndəsi İqor Malaxov arasında münaqişə baş verib. Şlyafman Malaxova atəş açmaq istəyərkən Talkovu ölümcül yaralayıb.
Şlyafman 1992-ci ildə İsrailə qaçıb. O, təqsirləndirilən şəxs qismində qiyabi məhkəmə qarşısına çıxarılıb.
2022-ci ilin yanvarında onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Müstəntiqlər artıq Rusiya üzrə 50-dən çox şahidi, o cümlədən estrada artistləri, “Yubileynı”nın əməkdaşları və hadisə yerində olan polis əməkdaşlarını dindiriblər.
Xuraman Etibarlı
İnterpress.az