Yeni Chery markalı yolsuzluq avtomobili nümayiş etdirilməsi planı gözlənilməz uğursuzluqla çevrilib.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Şirkət avtomobilin 999 pillədən ibarət Tianmən dağına qalxmasını nümayiş etdirmək istəyirdi. Lakin təxminən yolun ortasında maşın qəfil güc itirib geri hərəkət etməyə başlayıb və təhlükəsizlik baryerini sındırıb.
İstehsalçı açıqlamasında bildirib ki, problem avtomobili sığortalayan trosdan qaynaqlanıb: tros qırılıb, təkərə dolaşıb və faktiki olaraq mühərrikin gücünü bloklayıb. Bu səbəbdən güc nümayişi kimi planlaşdırılan şou yarımçıq qalıb.
Hadisə sosial şəbəkələrdə sürətlə yayılıb.
Xuraman Etibarlı
İnterpress.az






