İspaniya La Liqasının 28-ci turunun “Real Sosyedad” – “Barselona” oyunu ikincilərin kapitanı Lionel Messi üçün əlamətdar olub.
İnterpress.az xəbər verir ki, Kataloniya təmsilçisinin heyətində 768-ci dəfə meydana çıxan argentinalı futbolçu matç sayına görə keçmiş komanda yoldaşı Xavi Ernandesin rekordunu (767) qırıb.
Bununla da Messi “Barselona”nın tarixinə düşüb.
Qeyd edək ki, Lionel Messi 2004-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir.
İnterpress.az