Metanın gəliri ilin birinci rübündə artıbbackend

Metanın gəliri ilin birinci rübündə artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Facebook”, “İnstagram” və “WhatsApp”ın sahibi Meta bu ilin birinci rübündə 28,7 milyard dollar gəlirlə bazar gözləntilərini üstələyib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Meta yanvar-mart dövrü üçün balans hesabatını açıqlayıb.

Müvafiq olaraq, şirkətin bu ilin ilk rübündəki gəliri əvvəlki ilin eyni dövrünə görə yüzdə 3 artaraq 28,7 milyard dollara yüksəlib. Meta 2022-ci ilin birinci rübündə 27,9 milyard dollar gəlir əldə edib.

Bu dövrdə şirkət 3 rüb ardıcıl enişdən sonra gəlirlərini artırdı. Şirkətin bu dövrdəki gəliri 27,7 milyard dollarlıq bazar gözləntilərini üstələyib.

Birinci rübdə mənfəət 24 faiz azalıb.

Metanın xalis mənfəəti bu ilin birinci rübündə 24 faiz azalaraq 5,7 milyard dollar olub. Şirkət 2022-ci ilin birinci rübündə 7,5 milyard dollar mənfəət açıqlayıb.

Şirkətin 2022-ci ilin birinci rübündə 2,72 dollar olan səhm üzrə mənfəəti də bu ilin eyni dövründə 2,20 dollara düşüb.

Metaverse texnologiyalarının inkişafından məsul olan Meta-nın Reality Labs bölməsi də 2022-ci ildə 13,7 milyard dollar itkidən sonra bu ilin birinci rübündə 3,99 milyard dollar zərər etdi.

Meta çətiri altında Facebook-un gündəlik və aylıq aktiv istifadəçilərinin sayı bu dövrdə artmağa davam edib.

“Facebook”un gündəlik aktiv istifadəçilərinin sayı mart ayı üzrə illik bazda 4% artaraq 2,04 milyarda çatıb. Eyni dövrdə sosial şəbəkə saytının aylıq aktiv istifadəçilərinin sayı 2 faiz artaraq 2,99 milyarda çatıb.

Açıqlamada fikirlərinə yer verilən Meta CEO Mark Zuckerberg, süni intellekt araşdırmalarının şirkətin tətbiqlərində və əməliyyatlarında yaxşı nəticələr verdiyini ifadə edib.

Daha səmərəli hala gəldiklərinə diqqət çəkən Zukerberq, daha sürətli daha yaxşı məhsullar istehsal edə biləcəklərini və uzunmüddətli baxışlarını inkişaf etdirmək üçün daha güclü mövqedə olacaqlarını ifadə edib.