Texnologiya nəhəngləri “Microsoft” və “Alphabet”in gəlirlərində artım olub
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yanvar-mart dövrünü maliyyə təqvimində üçüncü rüb kimi qəbul edən “Microsoft” hesabatını açıqlayıb.
Müvafiq olaraq, şirkətin gəlirləri yanvar-mart dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 7 artaraq 52,9 milyard dollara çatıb. Microsoft 2022-ci ilin yanvar-mart dövründə 49,4 milyard dollar gəlir əldə edib.
Şirkətin xalis mənfəəti eyni dövrdə 9 faiz artaraq 18,3 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 16,7 milyard dollar olub.
“Microsoft”un səhm üzrə qazancı da bu müddət ərzində 2,22 dollardan 2,45 dollara yüksəlib.
“Google”un ana şirkəti “Alphabet” də 2023-cü ilin birinci rübü üçün hesabatını açıqlayıb.
“Alphabet”in ilin ilk rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 3 artaraq 69,8 milyard dollara çatıb. Şirkətin 2022-ci ilin birinci rübündə gəliri 68 milyard dollar olub.
Şirkətin xalis mənfəəti isə birinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 8 faiz azalaraq 15,1 milyard dollar olub. “Alphabet” ötən rübdə 16,4 milyard dollar xalis mənfəət əldə edib.
Şirkətin ötən ilin yanvar-mart dövründə 1,23 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 1,17 dollara düşüb.






