Misir ABŞ-yə Fələstin dövləti ilə bağlı plan TƏKLİF ETDİbackend

Misir ABŞ-yə Fələstin dövləti ilə bağlı plan TƏKLİF ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misir ABŞ-yə Fələstin dövlətinin əvəzində HƏMAS-ı tərksilah etmək planını təklif edib.

İnterpress.az xəbər verir ki, bu barədə Livanın “Əl Əxbar” qəzeti məlumat yayıb.

Misirin xarici işlər naziri Abdel Atı Qəzza münaqişəsinin siyasi həlli üçün Vaşinqtonda təşəbbüs irəli sürüb.

Nəşrin yazdığına görə, Misirin planı Fələstin dövlətinin yaradılması istiqamətində irəliləyiş müqabilində HƏMAS-ın silahlarını yerə qoyacağını nəzərdə tutur.

Misir diplomatik mənbələrinin məlumatına görə, Abdel Atı bu təşəbbüsü Vaşinqton və Nyu-Yorkda hər iki Amerika partiyasının nümayəndələri ilə görüşlərdə təqdim edəcək.

Plan mümkün atəşkəs və Qəzza zolağı üçün müharibədən sonrakı struktur üzrə geniş məsləhətləşmələrin bir hissəsi kimi müzakirə edilir.

Xuraman Etibarlı

İnterpress.az