Misirdə baş verən zəncirvari yol qəzasında 32 nəfər ölüb, 63 nəfər yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Misirin Beheyra bölgəsində paytaxt Qahirə ilə İsgəndəriyyəni birləşdirən avtomobil yolunda zəncirvari yol qəzası baş verib.
Bölgəyə çoxlu sayda sağlamlıq qrupu və polis göndərilib. Misir Səhiyyə Nazirliyindən verilən açıqlamada sərnişin avtobusu və digər nəqliyyat vasitələrinin toqquşması nəticəsində 32 nəfərin öldüyü, 63 nəfərin yaralandığı bildirilib.
Misir mediası polis mənbələrinə əsaslanaraq, avtomobildə yağ sızmasının toqquşmaya səbəb olduğunu və bəzi avtomobillərin alov aldığını bildirib.