Misirdə qum fırtınası baş verib: 1 nəfər ölüb, 5 nəfər yaralanıbbackend

Misirdə qum fırtınası baş verib: 1 nəfər ölüb, 5 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirin paytaxtı Qahirədə qum fırtınası nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Süveyş kanalında fəsadlar törədən nəhəng qum fırtınası həvəskar kameralara əks olunub.

Belə ki, Misirin paytaxtı Qahirəyə qum fırtınası düşüb.

Şəhərin mərkəzindəki reklam lövhəsi fırtınanın gücündən aşıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Görünüş azaldıqca nəqliyyatın sıxlığı da artıb.

Dünya ticarətinin təxminən 12 faizinin həyata keçirildiyi Süveyş kanalında şiddətli tufan və 4 metri keçən dalğalar səbəbindən 2 liman bağlanıb.

Kanaldakı gəmilərdən qeydə alınan görüntülərdə nəhəng qum fırtınasının səmanı bürüdüyü anlar kameraya əks olunub.

Qum fırtınasının təsirli olduğu bölgələrdə səmanın rəngi sarıya çevrilib.

Misir Səhiyyə Nazirliyinin verdiyi açıqlamada sakinlərə maska ​​taxmaq barədə xəbərdarlıq edilib.