MİT İraqda əməliyyat keçirib, PKK-nın “rəhbər şəxsi” məhv edilibbackend

MİT İraqda əməliyyat keçirib, PKK-nın “rəhbər şəxsi” məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Sincar şəhərində əməliyyat keçirib, PKK-nın “rəhbər şəxsi” məhv edilib.

“İnterpress.az” xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının “rəhbər şəxsi” Halid Reşo Kasım zərərsizləşdirilib.

Onun terror təşkilatının Sincar bölgəsində “məsul şəxs”i olduğu vurğulanıb.