Mixeil Saakaşvilinin anası onun səhhəti ilə bağlı açıqlama verdibackend

Mixeil Saakaşvilinin anası onun səhhəti ilə bağlı açıqlama verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mixail Saakaşvili yeriyə biləcək vəziyyətdə deyil – o, eyni vəziyyətdə yatır və hətta otura bilmir.

İnterpress.az xəbər verir ki, bu barədə Qiuli Alasania Mixail Saakaşviliyə Vivamed klinikasında baş çəkdikdən sonra deyib.

Onun sözlərinə görə, Mixail Saakaşvili səhhəti ağır olduğundan həkimlərin icazə verməməsi səbəbindən şəhər məhkəməsində təyin olunan prosesdə iştirak edə bilməyib.

“O, yeriyə bilmir. Bura gəlməmişdən əvvəl çox əziyyət çəkdim, çünki nə ilə qarşılaşacağımı bilmirdim, klinikaya gəldikdə onun daha da arıqladığını gördüm. Eyni vəziyyətdə yatır, otura bilmir. O, biraz yemək yedi və dərhal ürəyi bulandı. Onun çox ağır xəstə olması faktdır. Səhər mən gələndə məhkəməyə getmək əhval-ruhiyyəsində idi, ancaq həkimlər onun vəziyyətindən irəli gələrək məhkəmə prosesinə qatilmağına icazə vermədilər”, – Alasaniya bildirib.