“Mona Liza”ya tort parçası atdılarbackend

“Mona Liza”ya tort parçası atdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Luvr muzeyində Leonardo da Vinçinin məşhur “Mona Liza” tablosuna hücum halı qeydə alınıb. Belə ki, bir nəfər tablonun üzərinə bir parça tort atıb.

İnterpress.az xəbər verir ki, hadisə videoya çəkilib və dərhal sosial şəbəkələrdə yayılıb.

Hadisə şahidlərinin sözlərinə görə, bunu edən şəxs özünü maskalamaq üçün yaşlı qadın paltarı geyinərək əlil arabasına əyləşib. Adam uyğun anı gözləyərək şəklin üstünə bir parça tort atıb və ətrafa qızılgül ləçəkləri səpib.

O, hadisə yerində həbs edilib.