Monakoda törədilən sui-qəsdin təfərrüatları MƏLUM OLUB – FOTObackend

Monakoda törədilən sui-qəsdin təfərrüatları MƏLUM OLUB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monakoda ukraynalı oliqarxa qarşı təşkil edilən partlayışda qəlpəli əldəqayırma bombadan istifadə olunub.

İnterpress.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Monako knyazlığında baş vermiş və ukraynalı sanksiyalı oliqarx Vadim Yermolayevin ağır yaralanması ilə nəticələnən partlayışda istifadə olunan əldəqayırma qurğunun tərkibində dağıdıcı gücü artırmaq üçün çoxsaylı qəlpə elementləri – boltlar və qırmalar olub. Bu barədə Monako hökumətinin rəhbəri Kristof Mirman rəsmi bəyanatla çıxış edib.

Təhlükəsizlik kameralərinin görüntülərinə əsasən, şübhəli şəxs daxilində partlayıcı maddə olan kürək çantasını yaşayış binasının giriş qapısının önünə qoyaraq dərhal hadisə yerindən uzaqlaşıb.

İlkin məlumatlara görə, o, piyada hərəkət edərək cəmi yüz metr məsafədə yerləşən Fransa ilə sərhəddəki Bosoley şəhəri istiqamətində qaçıb. Hazırda cinayətkarın axtarışları genişmiqyaslı şəkildə davam etdirilir.

İyunun 29-da baş vermiş bu hadisə Monakonun müasir tarixində qeydə alınan ikinci terror aktı hesab olunur.

Birinci oxşar hadisə 30 may 2004-cü ildə “II Lui” stadionunda baş vermiş və partlayış nəticəsində idman arenasının tribunalarının bir hissəsi tamamilə dağılmışdı.

Son partlayış nəticəsində 50-60 yaşlarında olan ukraynalı milyarder Vadim Yermolayev və onun həyat yoldaşı ağır yaralanaraq Nitsadakı Paster xəstəxanasına yerləşdiriliblər.

Ağır qəlpə zərbələri alan qadının hər iki ayağının amputasiya edildiyi, cütlüyün 13 yaşlı oğlunun isə yüngül xəsarətlər aldığı bildirilir.

Qeyd edək ki, Yermolayev Krımda rus qanunvericiliyi ilə alkoqol biznesini davam etdirdiyi üçün Ukrayna tərəfindən sanksiyaya məruz qalmışdı və Monakoda yaşayırdı.

Knyaz II Albert baş vermiş hadisəni kəskin pisləyib və ölkədə fövqəladə vəziyyət rejimini aktivləşdirib.

Xuraman Etibarlı

İnterpress.az