Moskvada 4 ölkənin XİN başçısının gizli görüşü keçirilibbackend

Moskvada 4 ölkənin XİN başçısının gizli görüşü keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə, Rusiya, Suriya və İran arasında Suriya ilə bağlı xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən görüşdə tərəflər məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, aprelin 3-4-də Rusiyanın paytaxtı Moskvada Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin müavinləri səviyyəsində dördtərəfli məsləhətləşmələr keçirilib.

Tərəflər xarici işlər nazirlərinin növbəti görüşünə hazırlıqla bağlı məsələləri müzakirə edərkən, hər bir ölkə öz mövqeyini və fikirlərini şəffaf və aydın şəkildə ifadə edib.

Bu çərçivədə tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Rusiya Xarici İşlər Nazirliyində nazir Sergey Lavrovun açılış nitqi ilə çıxış etdiyi toplantıda Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar başçılıq edib.

Görüşdə Rusiyanı təmsil edən Prezident Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov, İranı təmsil edən xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı və Suriya tərəfdən xarici işlər nazirinin müavini Eymen Susan iştirak edib.

Görüş mətbuata qapalı keçirilib.