Moskvada hindistanlı miqrantlar üçün hind məbədi TİKİLƏCƏKbackend

Moskvada hindistanlı miqrantlar üçün hind məbədi TİKİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada hindistanlı miqrantlar üçün hind məbədi tikiləcək.

Interpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın paytaxtı Moskvada Hindistan diasporu əmək miqrantları üçün hind məbədi tikməyi planlaşdırır.

Yeni dini kompleksin 2026-cı ilə qədər Kommunarka ərazisində inşa olunacağı gözlənilir.

Məlumata görə, 300 nəfərlik məbədin yerləşəcəyi ərazi artıq müəyyən edilib və layihə ilə bağlı sənədləşmə işlərinə başlanılıb.

Diaspor nümayəndələri məbədin metro stansiyasına piyada məsafədə yerləşməsini əsas şərt kimi irəli sürüblər.

Bu təşəbbüs Hindistandan Rusiyaya miqrant axınının kəskin artdığı bir dövrdə irəli sürülüb.

Rəsmi məlumatlara görə, yalnız son bir ayda 70 minə yaxın Hindistan vətəndaşı əmək patenti ilə Rusiyaya gəlib.

Müşahidələr göstərir ki, hindistanlı miqrantlar Mərkəzi Asiya ölkələrindən olan miqrantların təcrübəsindən fəal şəkildə faydalanırlar.

Xuraman Etibarlı

Interpress.az