Şərqi Afrika ölkəsi olan Mozambikdə, Hind okeanının sahilində fevral ayından bəri fırtına və daşqınlar nəticəsində 117 nəfər ölüb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Mozambikin baş naziri Adriano Maleiane parlamentdəki çıxışında ölkədə fırtına və daşqınlar nəticəsində insan tələfatı və dağıntılar barədə məlumat verib.
Maleiane, keçən aydan bəri fırtına və daşqınlar səbəbiylə 117 adamın həyatını itirdiyini, 272 adamın isə təbii fəlakətdən mənfi təsirləndiyini açıqlayıb.
Freddi qasırğasının da böyük zərər verdiyinə diqqət çəkən Maleiane, leysan yağışların çay yatağında daşqınlara səbəb olaraq daşqınlara səbəb olduğunu vurğulayıb.
Maleiane qeyd edib ki, 50 min ev dağılıb, 686 sinif otağı və 69 sağlamlıq mərkəzi yararsız hala düşüb, 11 min kilometr yol zədələnib, 73 min hektar kənd təsərrüfatı sahəsi su altında qalıb.
Qasırğa və daşqın nəticəsində təsərrüfat heyvanlarına da ziyan dəyib.
Dünya Meteorologiya Təşkilatının məlumatına görə, Afrikanın şərqində ikinci dəfə Madaqaskar və Mozambikə təsir edəcəyi gözlənilən Freddi qasırğası tarixin ən uzunmüddətli qasırğası ola bilər.