MÜĞƏNNİ FORMADA QALMASININ SİRRİNİ BÖLÜŞDÜbackend

MÜĞƏNNİ FORMADA QALMASININ SİRRİNİ BÖLÜŞDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Günel Zeynalova sosial şəbəkədə izləyicilərinin ünvanlandığı sualları cavablandırıb.

Sənətçi formada qalma sirrini bölüşüb.

“Ağ çörək yemirəm, səhər yeməyi yeyib, qəhvə içirəm. Kəpəkli çörək yeyirəm. Bol su içib, hər gün ayaqla gəzirəm və idman edirəm. Deyirlər, necə kartof qızartması yeyirsiniz? Mən özümü tanıyandan beləyəm. Bu formada arıq qalıram, çünki az yeyirəm. Salat, toyuq və ət manqalda bişirib yeyə bilərsiniz. Bir də şokolad yeyirəm, ondan əl çəkə bilmirəm” deyə, Günel qeyd edib.

“Azərbaycan, yoxsa türk oğlanı ilə ailə qurarsan” sualına ifaçı “Adam olsun və əsas odur ki, bir-birimizi başa düşə bilək. Bir də müsəlman olması vacibdir. Evlilik kriteriyam hörmətdir. Əgər qarşılıqlı hörmət varsa, evlilik uzun davam edəcək. Hər şeydən əvvəl dost olmaq lazımdır” cavabını verib.