Gürcüstanın sabiq prezident Mixeil Saakaşvilinin komanda yoldaşları və tərəfdarları Tbilisi şəhər məhkəməsinə toplaşır.
İnterpress.az xəbər verir ki, “Milli Hərəkat”ın nümayəndələri ilə yanaşı, digər müxalifət partiyalarının liderləri və nümayəndələri də aksiyada iştirak edir.
Hadisə yerinə bir neçə polis və təcili yardım briqadası səfərbər olunub.
Bu gün məhkəmə Mixeil Saakaşvilinin cəzasının təxirə salınmasını müzakirə edir.